Boksçumuz qızıl medal uğrunda döyüşə çıxmaqdan imtina etdi

İDMAN
14:15 22.04.2012
1622

Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, finala vəsiqə qazanmış iki boksçumuzdan yalnız biri rinqə çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdulhəmidovun böyrəyindən daş sidik kisəsinə düşdüyündən o final döyüşündən imtina edib. Beləliklə, 56 kq çəki dərəcəsində Ukrayna boksçusu Pavlo İşenko mübarizəsiz yarışın qalibi olub. 81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli isə finalda Türkiyə təmsilçisi Bəhram Müzəffərlə üz-üzə gəlib. Boksçumuz ilk raunddan sonra 2 xal fərqlə öndə olsa da, sonradan üstünlüyü əldən verib. Nəticədə, 12:18 hesabı ilə məğlub olan Hüseynli yarışın gümüş medalına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR