Bolqarıstanın baş naziri martın 6-da istefa verəcək

Bolqarıstanın baş naziri martın 6-da istefa verəcək
DÜNYA
20:23 18.02.2024
146

Bolqarıstanın baş naziri Nikolay Denkov martın 6-da əvvəllər razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.

Bu barədə Denkov Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə məlumat verib.

"Martın 6-da mən istefa verəcəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək. Əgər onun işinə mane olmasalar, dram olmayacaq”, - hökumət başçısı bildirib.

Denkov aydınlaşdırıb ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır./report

OXŞAR XƏBƏRLƏR