“Bolt” taksi qiymətlərini niyə bahalaşdırdı? - AÇIQLAMA

“Bolt” taksi qiymətlərini niyə bahalaşdırdı? - AÇIQLAMA
SOSİAL
14:29 10.02.2026
616
Xəbər verdiyimiz kimi, "Bolt” şirkəti 2026-cı ildə yanacaq qiymətlərində baş verən artımla bağlı tarifləri artırıb. Məlumata görə, yanacaq xərclərinin yüksəlməsi fonunda əsas bölgələrdə bütün kateqoriyalar üzrə tariflər 10 faizə qədər artırılıb. 

Nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu gözlənilən bir hal idi:

"Yanacağın qiymətinin bahalaşmasından sonra bu gözlənilən bir hal idi. "Bolt” şirkəti və digər operatorlar qiymət siyasətini tıxac, sıxlıq və yanacaq məsələsinə uyğun həyata keçirir. Burada təbii ki, məsafə də önəmlidir. Yanacağın qiymətinin bahalaşmasından sonra taksi sürücüləri qiymət artımını tələb edirdilər. Qiymət artımı bu tələbə uyğun həyata keçirilib”.


Ekspert deyib ki, artım bütün şəhərləri əhatə etmir:

"Artım həddi 10%-dən yuxarı deyil və bu da bütün şəhərləri əhatə etmir. Yəni təkcə Bakı, Sumqayıta aiddir, digər şəhərlər burada hədəf deyil”. 

E.Muradlı qeyd edib ki, taksi qiymətlərini artırmamaq sürücələrə haqsızlıq olardı:

"Bu məsələdə anlayış göstərmək lazımdır. Çünki ictimai nəqliyyatda qiymətlər artdı və yanacaq bahalaşdı. Ona görə də taksidə qiyməti artırmamaq, sürücülərin hüquqlarının pozulması demək olardı. Çünki onlar gün ərzində neçə saat işləyirlər. Yanacağın da, maşının da xərclərini özləri qarşılayırlar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR