"Boris" qasırğası İtaliyaya çatdı - Qırmızı xəbərdarlıq

DÜNYA
13:08 20.09.2024
154
Mərkəzi Avropada azı 24 nəfərin ölümünə səbəb olan "Boris" qasırğası İtaliyaya çatıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki,  Fırtına Şimali İtaliyanın Emiliya-Romanya bölgəsində böyük dağıntılara səbəb olub.
 
İtaliyanın şimalında güclü yağışların daşqın və torpaq sürüşməsinə çevrilməsi nəticəsində minə yaxın insan evlərindən təxliyə edilib.
 
Min nəfərə yaxın insan evlərindən təxliyə edilib. İtaliyanın Fövqaladə Hallar Nazirliyindən verilən açıqlamasında 2 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
 
 
Əlverişsiz hava şəraiti ilə əlaqədar Bolonya, Çesena, Forli, Rimini və Ravenna şəhərlərindəki məktəblərdə bu gün tədris dayandırılıb. Rayonda 5 dəmir yolu xəttində də nəqliyyat dayandırılıb.
 
Nazirlik tərəfindən bu gün və sabah həddindən artıq yağışın ola biləcəyi səbəbiylə Emilia-Romagna bölgəsi üçün "qırmızı xəbərdarlıq" edib.
 
Oksana


OXŞAR XƏBƏRLƏR