Boynundan bıçaqlanan müxalifət lideri xəstəxanadan buraxıldı

Boynundan bıçaqlanan müxalifət lideri xəstəxanadan buraxıldı
DÜNYA
14:55 10.01.2024
246
Cənubi Koreyanın əsas müxalifət lideri Li Jae-Myunq xəstəxanadan evə buraxılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, özünü siyasi tərəfdar kimi təqdim edən şəxsin hücumuna məruz qaldıqdan sonra boynundan yaralanan Cənubi Koreyalı siyasətçi xəstəxanaya aparılıb və hücum edən şəxs saxlanılıb.

Li əvvəlcə Busandakı xəstəxanaya daha sonra paytaxt Seula aparılıb və təxminən 2 saat əməliyyat olunub. 

Hücumdan sonra ilk açıqlamasını verən Li deyib:

"Səmimiyyətlə ümid edirəm ki, bu hadisə nifrət siyasətinə son qoyulması və hörmətlə yanaşı yaşama siyasətinin yenidən qurulması üçün bir dönüş nöqtəsi olacaq", - deyə qeyd edib.
 
Nəzrin
OXŞAR XƏBƏRLƏR