BP-yə məxsus “Land Cruiser” “07”-ni vurdu: 1 ölü, 2 yaralı

BP-yə məxsus “Land Cruiser” “07”-ni vurdu: 1 ölü, 2 yaralı
SOSİAL
22:48 28.01.2019
5379
Avtomobili BP-yə məxsus "Atilla” adlı şirkətin sürücüsü idarə edib

Ötən həftənin cümə günü Xocahəsən yolunda BP şirkətinə məxsus olan H 021 705 dövlət nömrə nişanlı "Land Cruiser” markalı avtomobil, 90 HN 079 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil ilə toqquşub.
 
AZXEBER.COM xəbər verir ki, Avtosfer.az-a hadisə şahidləri məlumat verib. Nəticədə "07”-də olan 3 nəfərdən 1-i yerindəcə keçinib, ikisi ağır yaralanıb. 

Qeyd edək ki, avtomobili BP-yə məxsus "Atilla” adlı şirkətin sürücüsü idarə edib. Sürücü heç bir xəsarət almayıb. 

Xatırladaq ki, BP-yə məxsus olan avtomobillərin sürücüləri bir vaxtlar digərlərinə nümunə olaraq göstərilirdi. Görünür artıq bu ənənə keçmişdə qalıb.
 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR