"7 Fevralda ölkəmiz öz adını qızıl hərflərlə tarixə yazmış, Azərbaycanın mərd, cəsur oğluna səs verəcək. Buna heç bir kəsin şübhəsi yoxdur”.
Bu sözləri AZXEBER.COM-a xalq artisti Brilliant Dadaşova 7 fevralda baş tutacaq Prezident seçkiləri ilə bağlı danışarkən deyib.
O deyib ki, 7 fevralda Azərbaycan xalqı liderinə - İlham Əliyevə səs verəcək:
"İlham Əliyevin həyatımızın hər bir sahəsində qazandığı uğurların zirvəsində bizim qalibiyyətimiz durur! Onun sayəsində ərazi bütövlüyümüz təmin olunub, iqtisadiyyatımız, həyat səviyyəmiz inkişaf etməkdədir. Azərbaycan artıq dünyanın qabaqcıl, sivil ölkərindən birinə çevrilib. Mən Prezidentimiz İlham Əliyevlə fəxr edirəm!”.
Aysel Hacızadə