Brilliantdan Aygünə növbəti təhqir: ''Ağzı 'alkoqol' və başqa vərdişlərdən söz tutmayanların ...'
MAQAZİN
14:10 27.06.2013
5090
Xalq artisti Brilliant Dadaşovanın "facebook" sosial şəbəkəsində yazdığı status birmənalı qarşılanmayıb. AZXEBER.COM-un məlumatına görə, o xalq artisti Səyavuş Aslanın ölümüylə bağlı geniş status yazıb. Statusda olduqca çox hərf səhvi olduğunu görən müğənnin virtual dostları ona irad tutublar. Ən böyük irad isə Brilliant Dadaşovanın Səyavuş Aslana böyük sənətçi deməsi olub. Dostları deyib ki, xalq artisti "sənətçi" yox "böyük sənətkar" olub.Müğənni isə həmin şəxslərə olduqca sərt cavab verib: "Qəribədir, mənim hərf "bukva" səhvimi də tutanlar görəsən ağzı "alkaqol" və başqa vərdişlərdən söz tutmayanların əməllərini görürmü?"Müğənnin virtual dostları şərhlərində bu atmacanın Aygün Kazımovaya atıldığını yazıblar. AZXEBER.COM