Britaniya Ukraynaya 600 milyon funt sterlinq məbləğində hərbi yardım ayırıb

Britaniya Ukraynaya 600 milyon funt sterlinq məbləğində hərbi yardım ayırıb
DÜNYA
18:42 16.12.2025
93
Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün 600 milyon funt sterlinq həcmində yeni yardım paketi ayırdığını açıqlayıb.
 
Böyük Britaniyanın müdafiə naziri Con Qili bu qərarı Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupunun (Ramşteyn formatı) iclasının açılışında elan edib.

Nazir bu təşəbbüsü Ukraynanın hava hücumundan müdafiəsinə yönəlmiş ən böyük birillik investisiya kimi qiymətləndirib.

"Yalnız son iki ay ərzində 20 min dron və raket hücumu həyata keçirilib. Buna görə də biz addımlarımızı gücləndirməliyik. Putinə təzyiq göstərmək üçün fəaliyyətimizi artırmalıyıq”, — nazir bildirib.

Onun sözlərinə görə, əsas məqsəd qış aylarında Ukrayna əhalisinin təhlükəsizliyini təmin etməkdir.
 
///APA
OXŞAR XƏBƏRLƏR