"British School in Baku"da təhsilin rəqəmsallaşmasında yeni addım!

"British School in Baku"da təhsilin rəqəmsallaşmasında yeni addım!
İQTİSADİYYAT
20:00 28.08.2026
58
"British School in Baku” məktəb tətbiqini yeni rəqəmsal funksiyalarla zənginləşdirərək şagird və valideynlər üçün təhsil prosesini daha rahat və əlçatan edib.

AZXEBER.COM xəbər verir ki, tətbiqə əlavə olunan yeniliklər arasında Rəqəmsal Kitabxana xüsusi diqqət çəkir. Yeni funksiya vasitəsilə şagirdlər dərsliklərə və digər tədris resurslarına istənilən vaxt və istənilən yerdən çıxış əldə edə bilirlər.

Rəqəmsal Kitabxanada kitabları axtarmaq, kateqoriyalar üzrə nəzərdən keçirmək və lazımi tədris materialını daha sürətli tapmaq mümkündür. Bu imkan şagirdlərin dərslikləri fiziki şəkildə daşımaq ehtiyacını da azaldır.

Məktəbin rəqəmsal tətbiqində digər funksiyalar da təqdim olunur. Bunlara:

🔹 Üz tanıma sistemi vasitəsilə davamiyyətə nəzarət
🔹 Təhsil haqqının tətbiq üzərindən ödənilməsi
🔹 Rəqəmsal qida kartı
🔹 Onlayn dərslərə çıxış
🔹 Ev tapşırıqları və imtahan nəticələrinin izlənməsi
🔹 Məktəb bildirişlərinin operativ şəkildə əldə edilməsi

daxildir.

Beləliklə, "British School in Baku” gündəlik məktəb həyatını vahid rəqəmsal platformada birləşdirərək şagird və valideynlər üçün daha çevik, rahat və müasir təhsil mühiti formalaşdırır.
OXŞAR XƏBƏRLƏR