"Bu adamın teatrın fəaliyyətindən, tarixindən heç xəbəri yox imiş" - Direktor Rövşanəni tənqid etdi

"Bu adamın teatrın fəaliyyətindən, tarixindən heç xəbəri yox imiş" - Direktor Rövşanəni tənqid etdi
MAQAZİN
13:04 18.10.2017
7967

"Bu adamın teatrın fəaliyyətindən, repertuarından, tarixindən heç xəbəri yox imiş. Çox təəssüf edirəm ki, bu gün jurnalist, aparıcı Azərbaycan teatrının tarixini bilmədən bu şəkildə danışır. Gənc Tamaşaçılar Teatrı Azərbaycan teatr tarixinə neçə-neçə böyük sənətkarlar bəxş edib və bu gün də bu proses davam edir. Teatrımızın 250-dən çox heyəti var. Bu qədər heyəti olan teatra necə "balaca" demək olar axı?!"

Bunu "Report"a açıqlamasında aparıcı Rövşanə Ağasəfqızının (Bektaşi) ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində işlətdiyi fikirlərə münasibət bildirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov deyib.

O qeyd edib ki, bəzi insanlar teatrları belə düşünülməmiş sözlərlə nəzərdən salırlar: "Mən xəbərləri saytlardan oxudum.  Bu, Azərbaycan mədəniyyətidir, peşəkar milli teatrımızın ayrılmaz bir qoludur. İstər Şuşa Dövlət Musiqili Dram Teatrı olsun, istərsə də İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Azərbaycandakı məcburi köçkün teatrlarının dünyada analoqu yoxdur, bu teatrlar yaşamalıdır. Burada çalışan insanlan fədakardırlar ki, belə bir vəziyyətdə bu teatrları yaşadıblar. Bu adamın teatrın fəaliyyətindən, repertuarından, tarixindən heç xəbəri yox imiş. Belə fikirlərə qəti şəkildə etiraz edirik. 10 milyonluq xalqının qarşısına çıxıb belə sözlər söyləmək bilmirəm nəyə qulluq edir. Bu, çox düşünülməmiş fikirlərdir. Qaldı ki, "teatra hərə bir sənət gətirir" sözünə, sənəti gətirmirlər, sənəti yaradırlar, yaşadırlar. Onu yaradanlar fədakar insanlardır, onlara dəstək olmaq lazımdır, belə sözlər demək lazım deyil".

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov Rövşanə Ağasəfqızı "Qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar" fikirlərinə görə tənqid edib. Bu zaman aparıcı deyib ki, bu onun şəxsi fikridir: "Niyə biz tənqidə açıq deyilik? Yenə də fikrimdə qalıram. Düşünürəm ki, balaca-balaca teatrlardansa, onu böyük etsinlər. Nəyə lazımdı bu cıqqılı teatrlar? İrəvan, Gənc Tamaşaçılar, Şuşa tetarları nəyə lazımdır? Yerindən duran ora sənət gətirir, biz də xəcalət çəkirik. Şuşa Teatrı nə edir?”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"