Bu banklar dollar satmaqdan imtina etdi

Bu banklar dollar satmaqdan imtina etdi
SOSİAL
15:15 14.02.2017
1278

Bu gün Azərbaycan bankları arasında daha 4 bank dolları satmaqdan imtina edib. 

Araşdırmasına görə, "Günaybank” artıq iki gündür ki, kassasında dollar olmadığına görə, dollar satışını həyata keçirmir.

"Bank Respublika”, "Atabank” və "Naxçıvanbank” isə bu gündən satışı dayandırıb.

Qeyd edək ki, sadalanan banklar arasında bəziləri dolların alışını həyata keçirirlər.

Xatırladaq ki, "Paşabank” artıq uzun zamandır ki, yalnız öz müştərilərinə dollar satdığını bəyan edir.

///Fins.az

 

OXŞAR XƏBƏRLƏR