Milli Ordunun daha bir şəhidi dünən Beyləqanda torpağa tapşırılıb
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısını alan zaman Milli Ordumuzun şəhid olan əsgəri Şahin Cavadzadə dünən Beyləqan rayonunda torpağa tapşırılıb. Mərasimdə iştirak edən insanlar "Hər şey Vətən üçün", "Qarabağ bizimdir, bizim olacaq!" kimi şüarlar ilə şəhidi son mənzilə yola salıblar. Dəfn mərasimində izdiham yaşanıb. Şahin Cavadzadənin hərbçi yoldaşları onun xatirəsi naminə havaya üç dəfə yaylım atəşi açıblar. Cənazənin büküldüyü üç rəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.
Şahin Cavadzadə bir müddət əvvəl idarə etdiyi "Niya" markalı avtomobillə ağır yol qəzasına düşmüşdü. Lakin qəzadan sağ-salamat çıxan Şahin bir müddət sonra cəbhədə gedən döyüşlərdə qəşrəmancasına həlak oldu. Görünür, şəhidlik onun qisməti imiş…
Allah rəhmət eləsin!
///Avtosfer.az