Bu dəfə bağlı qapı arxasından cinayətkarlar çıxdı

Bu dəfə bağlı qapı arxasından cinayətkarlar çıxdı
HADİSƏ
17:26 08.03.2025
288
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar - 1987-ci il təvəllüdlü Nəcəfxanov Anar Abdula oğlu və 1985-ci il təvəllüdlü Əliyev Əhməd Fərhad oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat verilib.

AZXEBER.COM xəbər verir ki, bu haqda FHN və DİN birgə məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR