‘Bu fikirlərə görə, hətta azərbaycanlılar da narahat olmur’

DÜNYA
10:49 28.12.2012
1573

“Mənim Bakı-Tiflis-Qars dəmiryolu barədə bəyanatım nədənsə müxalifəti narahat edir və onlar situasiyanı gərginləşdirmək arzusundadırlar. Mənim BTQ layihəsi barədə suallarıma görə azərbaycanlılar narahat olmurlar.”  APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili “İmedi” televiziyasına müsahibəsində bildirib. “Mən Bakı-Tifis-Qars dəmiryolunun tikintisini heç vaxt sual altında qoymamışam. Bu, çox maraqlı layihədir. İqtisadi baxımdan, indi də mən bunu təkrar edirəm, layihə bir sıra müəyyən məsələlər doğurur. Lakin onlar həll olunandır. Yalnız opponentlərdə bu mövzu ətrafında situasiyanı gərginləşdirmək arzusu oyanıb. Bu layihə geosiyasi cəhətdən çox sərfəli layihədir. Son nəticədə bu layihə faydalı olacaq. Mənim fikirlərim heç kimi narahat etməsin. Bu fikirlərə görə, hətta azərbaycanlılar da narahat olmur”, İvanişvili bildirib.

OXŞAR XƏBƏRLƏR