Bu gülü dərmək sizə 20 min manata başa gələ bilər

MARAQLI
14:44 06.05.2024
310
Qorunan lotus çiçəklərini qoparanlar biomüxtəlifliyi məhv etdikləri üçün 387 min 141 TL( təx. 20 min manat)  cərimə ödəməlidir. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Biganın Kələfat kəndindəki Nilüfer gölü özünəməxsus gözəlliyi ilə ziyarətçilərin diqqətini çəkir.  

Gölü ekoturizmə cəlb etmək məqsədilə rayon ərazisində meşə parkı və istirahət zonası yaradılıb.  

2 hektar böyüklüyündə olan Nilüfer gölü ərazisində yetişən "Lotus çiçəkləri” adlandırılan su zanbağı çiçəkləri də ziyarətçilərin diqqətini çəkib. 

Digər tərəfdən may ayının əvvəlində açmağa başlayan su zanbağı çiçəkləri noyabrın son günlərinə qədər ziyarətçilərə vizual ziyafət təqdim etməyə davam edir.  

Yayda və qışda mövcud olan iri yaşıl yarpaqlar arasında bu günlərdə çiçək açan ağ su zanbaqları gözəlliyi ilə diqqət çəkir.  

Oksana

OXŞAR XƏBƏRLƏR