AZXEBER.COM-un AzərTAc-a istinadən xəbər verir ki,Bakıda və Abşeron yarımadasındahavanın buludlu olacağı, əsasən səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Bakıda gecə 8-10°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 85-95 faiz olacaq. Naxçıvan Muxtar Respublikasındaəsasən gecə və səhər bəzi yerlərdə yağış, dağlıq rayonlarda az qar yağacağı gözlənilir. Temperatur gecə 0-5°, gündüz 10-15° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən-Gədəbəy rayonlarındaəsasən gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Temperatur gecə 3-8° isti, gündüz 8-13° isti olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındaəsasən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperatur gecə 3-8° , gündüz 8-13° isti olacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındaəsasən gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir yağış yağacaq. Temperatur gecə 1-6°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14° şaxta təşkil edəcək. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındafasilələrlə yağış yağacağı gözlənilir. Temperatur gecə 4-9°, gündüz 10-15° isti təşkil edəcək. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarındafasilələrlə yağış yağacağı, dağlıq rayonlarda az qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Temperatur gecə 4-8°, gündüz 8-13°, dağlarda gecə 0-4°, gündüz 5-8° isti olacaq. Tibbi-meteoroloji proqnoz:yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin davam etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.