"Bu gün cənab İlham Əliyevin alternativi yoxdur"

SİYASƏT
14:58 04.11.2014
1152
"Rəy” Monitorinq Mərkəzinin “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri gerçəkliyi tamamilə və düzgün olaraq əks etdirir”. Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı “Rəy” Monitorinq Mərkəzinin bu günlərdə Bakıda keçirdiyi “omnibus” tipli ictimai rəy sorğusunun nəticələrinə əsasən paytaxt əhalisinin əksəriyyətinin (83 faiz) Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləməsi məsələsinə münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, bu gün tək ölkəmizin paytaxtı Bakı şəhərində deyil, Azərbaycanın ən ucqar rayonlarında, kəndlərində rəy sorğusu keçirilsə belə, məlum olar ki, sorğuda iştirak edənlərin bəlkə də 100 faizi cənab Prezidentimiz İlham Əliyevi dəstəkləyər: "Bu gün heç kimə sirr deyil ki, dövlət başçısının alternativi yoxdur. Cənab Prezident Azərbaycan vətəndaşlarının dəstəyini yürütdüyü siyasətlə həyata keçirib. Bu siyasət güclü Azərbaycan dövləti, yaxşı rifah halında yaşayan ölkə vətəndaşına yönəlik bir siyasətdir. Beləcə hesab edirəm ki, bu siyasət davam etdirilməlidir”.
Qeyd edək ki, “Rəy” Monitorinq Mərkəzinin bu günlərdə Bakıda keçirdiyi “omnibus” tipli ictimai rəy sorğusu zamanı məlum olub ki, prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksəriyyəti (83 faiz) öz səsini hazırkı dövlət başçısına verərdi.
Bakı sakinlərinin 65 faizi Azərbaycan Prezidenti vəzifəsində İlham Əliyevə alternativ görmür. Respondentlərin 82 faizi “İlham Əliyev sizin maraqlarınıza cavab verirmi” sualını müsbət cavablandırıb.
Rəyi soruşulanların 68 faizi isə ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünür. “Omnibus” tipli ictimai rəy sorğusu cari il oktyabrın 17-dən 21-dək keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya 18 yaşdan yuxarı 1300-ə yaxın sakin cəlb olunub. Sorğu nəticələrinin statistik nisbi xətası 3,4 faizdən çox deyil.
OXŞAR XƏBƏRLƏR