Bu gün “Eurovision 2014” mahnı müsabiqəsinin finalı keçiriləcək

MƏDƏNİYYƏT
10:30 10.05.2014
1938
Bu gün Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision 2014” mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.

APA-nın məlumatına görə, finalda 26 ölkə iştirak edəcək.

Bunlar Ukrayna, Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Çernoqoriya, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Hollandiya, San-Marino və Böyük Britaniyadır.

Kopenhagen artıq iki dəfə - 1964 və 2001-ci illərdə bu yarışmaya ev sahibliyi edib.

Azərbaycanın builki “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımova “Start a fire” mahnısı ilə birinci yarımfinalda 8-ci nömrə altında çıxış edərək finala vəsiqə qazanıb.

Final konsertindəölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Dilarə Kazımova səhnəyə 3-cü nömrə altında çıxacaq.

OXŞAR XƏBƏRLƏR