"Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.
AZXEBER.COM-un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Azərbaycan çempionu Şimali Makedoniyada yerli "Şkendiya" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Görüşün baş hakimi slovakiyalı İvan Krujlyak olacaq.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.