Bu günə qədər Milli Məclisdə təmsil olunan mədəniyyət xadimləri - SİYAHI

Bu günə qədər Milli Məclisdə təmsil olunan mədəniyyət xadimləri - SİYAHI
MƏDƏNİYYƏT
16:40 16.07.2024
1134
Xəbər verdiyimiz kimi, 1 sentyabrda Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Hər zaman deputatlar arasında müxtəlif peşə sahibləri olduğu kimi, bir çox sənət adamları, aktyorlar, şairlər, o cümlədən də müğənnilər yer alıb.

AZXEBER.COM bu günə qədər deputat kürsüsündə əyləşən məşhurları araşdırıb sizə təqdim edir.

Parlamentdə görməyə alışdığımız ən məşhur sima Xalq artisti Zeynəb Xanlarova olub. O, 1995, 2000, 2005, 2010 və 2015-ci il deputat seçkilərində iştirak edərək qalib olub. 

Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti Anar Məmmədxanov da birinci, ikinci və üçüncü çağırış Milli Məclisin deputatı seçilib. O, 2011-ci ildə qəfil ürəktutmasından vəfat edib.

Azərbaycanın mərhum xalq şairləri Zəlimxan Yaqub və Bəxtiyar Vahabzadə birinci və ikinci çağırış, Vaqif Səmədoğlu isə birinci, ikinci və üçüncü çağırış Milli Məclisin deputatları olub.

Hazırda 86 yaşı olan Xalq yazıçısı, ssenarist Anar da birinci və ikinci çağırış Milli Məclisin deputatı seçilib.

Deputat kimi fəaliyyət göstərən digər məşhur isə Xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovdur. O, 1995, 2000 və 2005-ci illərdə millət vəkili seçilib.

2018-ci ildə dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova da 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili seçilib.

Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu isə 1995-ci ildə təkrar səsvermə yolu ilə birinci çağırırş Milli Məclisə deputat olub.

Hazırda Milli Məclisdə yazıçı, jurnalist Aqil Abbas, xalq şairi Sabir Rüstəmxanlı, jurnalist, yazıçı Bəxtiyar Sadıqov təmsil olunur. Onların qarşıdan gələn seçkilərdə iştirak edib-etməyəcəyi bəlli deyil. 
 
Aysel Hacızadə 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
18:11 17.09.2025
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”