Bu gün saat 17:30-da, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “The Sevens” stadionunda Azərbaycan və Fələstin milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşmanı Birləşmiş Ərəb Əmirliklərindən olan hakimlər idarə edəcək.Matçın baş hakimi Əli Həmad, baş hakimin köməkçiləri Saleh Əlmarzoqi, Məhəmməd Əbdallah, dördüncü hakim isə Yaqup Qasem olacaq.