Almanların 75 faizi silahlı qüvvələrin müdafiə qabiliyyətinə malik olmadığını düşünür.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticəyə Almaniyada aparılan araşdırma nəticəsində gəlinib.
Civey araşdırma şirkətinin Focus jurnalı üçün 11 və 12 Mart tarixlərində 5 min 13 adamla keçirdiyi ictimai rəy sorğusuna görə, alman xalqının 75 faizi Bundesverin ölkəni müdafiə etmə qabiliyyətinə inanmır.
Respondentlərin 69 faizi Bundesverə gələcəkdə daha çox maliyyə imkanlarının verilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Almanların 64 faizi ölkənin "məcburi hərbi xidmətin bərpası” fikrini bölüşdüyü halda, 68 faizi Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını "Almaniyanın təhlükəsizliyinə təhdid” kimi qiymətləndirir.
İştirakçıların 45 faizi Almaniyanın "mütləq atom bombası olmamalıdır", 22 faizi isə "mütləq nüvə silahına sahib olmalıdır" fikrindədir.
Almanların 57 faizi müharibə başlasa, "Biz mütləq döyüşməyəcəyik” deyir. "Biz mütləq mübarizə aparacağıq”. Bunu deyənlərin nisbəti 22 faiz olaraq qalıb.
Mikayıl