Bu ölkədə yeni xəstəlik yayılıb: 23 nəfər öldü

Bu ölkədə yeni xəstəlik yayılıb: 23 nəfər öldü
DÜNYA
10:32 15.09.2023
409
Polşada legioner xəstəliyi insanları öldürməkdə davam edir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ÜST-ün bəyanatında bildirilib ki, Polşada legioner xəstəliyindən ölənlərin sayı 23-ə yüksəlib, ölkədə 166 nəfərdə legioner xəstəliyi aşkarlandığını açıqlayıb.

Açıqlamada sentyabrın 7-dən indiyədək yeni yoluxma halının qeydə alınmadığı qeyd edilib.

Legionella bakteriyası ilk dəfə Polşanın cənub-şərqindəki Rzeşov şəhərində meydana çıxıb.
 
Sonrakı günlərdə bu xəstəlikdən əziyyət çəkən 144 nəfər xəstəxanalarda müalicə olunub, Rzeşov şəhər su şəbəkəsindən götürülmüş bəzi nümunələrdə legieonella bakteriyası aşkar edilib. 

Bakteriyanın ilk dəfə harada və necə ortaya çıxdığını müəyyən etmək mümkün olmasa da, Polşa Daxili Təhlükəsizlik Təşkilatı ABW təxribat ehtimalı ilə bağlı araşdırma başlayıb.
  
Qeyd edək ki, legioner xəstəliyi Legionella pneumophila bakteriyasının yaratdığı ciddi ağciyər infeksiyasıdır. Sözügedən bakteriyalara məruz qalan insanların əksəriyyəti bu xəstəliyə tutulmasa da, 50 yaşdan yuxarı insanlar, xroniki ağciyər xəstəliyi, böyrək və ya qaraciyər çatışmazlığı olanlar, xərçəng xəstələri, immun sistemi zəif olanlar, diabet xəstələri və siqaret çəkənlərdə risk daha yüksəkdir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR