Bu ölkənin əhalisi 3 səbəbdən intihar edir - ŞOK FAKTLAR

MARAQLI
16:32 27.01.2024
296
Ötən il Yaponiyada 1010-u tələbə olmaqla, 21 min 818 vətəndaş intihar edib.

AZXEBER.COM xəbər verir ki, qorxunc statistika Yaponiya Milli Polis Agentliyini (Keisatsu-çö) insanların əsasən hansı səbəbdən intihar etdiyini araşdırmağa vadar edib. 

Araşdırmalar zamanı, vətəndaşların 3 səbəbdən canlarına qıydığı məlum olub.

İntihar edənlərin əsasən sağlamlıq problemi, maddi problem və ağır iş şəraiti ilə əlaqədar həyatlarına son qoyduğu ortaya çıxıb.

Ötən il intihar edən 21 bin 818 nəfərin 14 bin 854-ü kişi, 6 bin 964-ü isə qadındır.
2023-cü ilin statistikası 1980-ci ildən bu günə qədər qeydə alınan ən dəhşətli və ən ağır statistikadır.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi açıqlamasında bildirib ki, artıq kimsənin intiharla ölmədiyi cəmiyyətin qurulması üçün geniş tədbirlər planı həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR