Bu meyvədən çox yeyirsinizsə, SOS! - Təcili əməliyyat oluna bilərsiniz

SAĞLAMLIQ
22:30 08.02.2019
13502
Moskvada xurma yeməyi xoşlayan 72 yaşlı kişinin başına iş gəlib.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, o, mədə ağrıları, ürəkbulanma, qusma və qəbizlik şikayəti ilə xəstəxanaya aparılıb, orada təcili əməliyyata alınıb. 

Həkimlər onda kəskin bağırsaq keçməzliyi aşkarlayıblar. 

Əməliyyat zamanı müəyyən edilib ki, bunun səbəbi mədədə yığılan həzm olunmayan liflərin əmələ gətirdiyi kütlədir. Məlum olub ki, pasiyent xurma sevəndir, bu meyvəni həddən artıq çox yeyir. 

Əməliyyat uğurla nəticələnib, xəstə bir neçə gündən sonra evə yazılıb. Həkimlər ona ciddi şəkildə qida rejiminə nəzarət etməyi tapşırıblar.

OXŞAR XƏBƏRLƏR