Bu oğlan cəllada onu öldürməsin deyə yalvardı - VİDEO

DÜNYA
17:32 21.01.2013
6292

İranda bankomatdan pul çıxaran kişini soyan iki gənc əhalinin gözü qarşısında dar ağacından asıldı.

İranda oğurluqda ittiham edilən 2 nəfər asılıb. ANS PRESS-in məlumatına görə, paytaxt Tehranda iki gənc oğlan əhalinin gözü önündə asılıb.Dar ağacı mənzərəsini 300 dən artıq insan izləyib. Edam edilən Alirıza Mafiha və Məhəmməd Əli Sururi ötən ay bankomatdan pul çıxaran bir kişini döyməklə onun pullarını əlindən aldıqları üçün saxlanılmışdılar. Soyğunun videosu "YouTube"a yerləşdirilmişdi.Şəriət qaydalarına görə, cinayət hadisəsi zamanı tapança, tüfəng və ya soyuq silahdan, dəyənək, kəsici alətdən istifadənin cəzası edamdır. Videoda yer alan digər iki gənc isə 10 il müddətinə həbs cəzası və 74 qamçı zərbəsi ilə cəzalandırılıb.Qeyd edək ki, edam edilən şəxslərdən biri cəlladın çiyninə başına qoyaraq onu edam etməməsini xahiş etsə də, bu nəticəsiz qalıb.

OXŞAR XƏBƏRLƏR