Argentinalı rəssam Leonardo Granato rəssamlıq sənətinə yeni üslub gətirib.
AZXEBER.COM verdiyi xəbərə görə, istedadlı rəssam boyanı burnundan çəkib gözlərindən çıxarmaqla rəsm əsərləri yaradır.
Sənətkarın “göz rəssamlığı” adlandırdığı yeni üslub rəsm həvəskarları tərfindən böyük maraqla qarşılanıb. Özünün açıqlamasına görə o, uşaq yaşlarından burnu ilə gözləri arasında əlaqə qurmağı bacarırmış və buna görə də, getdikcə qabliyyətini rəssamlıq sənətinə uyğunlaşdırmağa qərar verib. L.Granato hazırda sənət aləminə yeni üslub gətirdiyi üçün xoşbəxt olduğunu deyib.


