Bu rayonda ehsan vermək qadağan olundu

Bu rayonda ehsan vermək qadağan olundu
SOSİAL
12:57 24.02.2026
6671

Qax rayonunda martın 1-dən etibarən yas mərasimləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Rayon mərkəzi və kəndləri əhatə edən qərara əsasən, mərasimlərdə ehsan süfrələrinin açılması ləğv edilir.

AZXEBER.COM milli.az-a istinadla xəbər verir ki, israfçılığın qarşısını almaq məqsədilə qəbul edilən bu addımdan sonra yas yerlərində qonaqlara yalnız çay süfrəsi təqdim olunacaq. Yerli sakinlər və aidiyyəti qurumlar tərəfindən dəstəklənən bu qərarın əsas hədəfi yas sahiblərinin ağır itki ilə yanaşı, həm də maddi çətinliklərlə üzləşməsinin qarşısını almaqdır.
OXŞAR XƏBƏRLƏR