Bumeranq Kart startup-nın yaradıcısı: Biz insanlara yalnız cashback deyil, həm də müsbət emosiyalar bəxş edirik - FOTO – VİDEO

İQTİSADİYYAT
14:15 03.04.2019
7182
2018- ci ilin sentyabr ayında, bu günlərdə reklam çarxının sosial şəbəkəni demək olar ki, partlatdığı və son dərəcə müsbət rezonans yaratdığı, Azərbaycan üzrə servis xidməti Bumeranq Kart olan ilk qeyri-bank cashback –i işə buraxılmışdır.

Əgər, bu videonu hələ də görməyən varsa, bu zaman onu aşağıdakı qoşmadan izləməyə dəyər, çünki o yalnız gülüş yaratmır, həm də artıq bir hissəsinin sizin büdcənizə geri qayıdacağı xərclərə yeni baxışla baxmağa köməklik edir. Bumeranq Kart ilə bütün bunlar çox sadə və asandır və ilk öncə onu da qeyd edək ki, oxucuların aşağıda verilən müsahibəni mütləq şəkildə ən son cümləyədək oxumasına dəyər, belə ki, onun sonunda hər kəsi sevindirəcək və ən əsası sərfəli sürpriz gözləyir.
 

Bumeranq Kart hələ yarım ildir fəaliyyət göstərir, lakin bu müddət ərzində onun auditoriyası aylıq 1.5-2 min nəfər artaraq, daima stabil olaraq böyüyür. Bumeranq Kart startup-ın yaradıcıları Həsən Rzayev və Şaiq Qəribzadə öz müsahibələrində şirkətin yaradılması, onun böyüməsi, gələcək planları, mağaza və restoranlara daha çox müştəri cəlb edən yeni trendlər və sərfəli təkliflər haqqında ətraflı şəkildə bəhs etmişdir.

- Bumeranq Kart ideyasının necə yaranması haqqında məlumat verə bilərsiniz mi?

Həsən Rzayev: Biz, müştərilərin tərəfdaş müəssisələrə cəlb olunması üçün 2017-ci ildə yeni model haqqında düşünürdük və üç nəfərdən ibarət komanda ilə buna bənzər, lakin bir az daha klassik sistem hazırlayırdıq, bizim fikrimizcə bazar buna hazır idi.

Şaiq Qəribzadə: Amma, təəssüf ki, o sistem müştərilərdə maraq yaratmadı. Daha sonra ideya dəyişdi və CPA reklamına (görülən işlərə görə ödəniş – internet-reklam üzrə tətbiq edilir) görə ödəniş modelinə əsaslanırdı – siz ortağınıza müştəri gətirirsiniz və buna görə komissiya əldə edirsiniz. Bizim üçün yalnız müştərilərin cəlb edilməsi deyil, həm də onlarla uzunmüddətli münasibətlər qurmaq vacib idi. Sonda, biz düzgün həlli yolunu tapa bildik –tərəfdaşlarımızdan əldə olunan mükafatları onlarla bölüşmək. Endirim və virtual bonuslara bir çoxları öyrəşib. Lakin, biz debet kartı ilə çıxarıla biləcək real pullar ilə ödəməyə qərar verdik. Həmin mərhələdə ideya bizə dahiyanə gəlirdi və biz yaxınlarda qazanılacaq uğura əmin idik. Amma hər şey o qədər də asan olmadı....
 

 


- Nəyə görə? Bumeranq Kart ideyasının həyata keçirilməsi üçün sizin fikrinizcə, ən böyük çətinlik nə idi?

Həsən Rzayev: Cashback modelinin sərhəddən kənarda artıq uzun müddət və uğurlu şəkildə mövcud olmasına və qonşu ölkələrdə çox surətlə inkişaf etməsinə baxmayaraq, o, misal üçün, Rusiya ilə müqayisədə Azərbaycanda cəmi 2-3 provayder tərəfindən, o da yalnız bank sektoru üzrə təqdim olunmuşdu və bu o deməkdir ki, cashback yalnız nağdsız hesabatlar üçün və yalnız bu bankların müştəriləri üçün inkişaf edirdi. Bu, bizim komandamızın və tərəfdaşlarımızın köməyi ilə müvəffəqiyyətlə öhdəsindən gəldiyimiz çətinliklərdən biri idi.
 

 

- Cashback - a qayıdaq. Klassik bank cashback - i və Bumeranq Kart ilə təqdim olunan servis xidməti arasında əsas fərqin nədən ibarət olması barədə ətraflı danışın.

Şaiq Qəribzadə: Biz Bumeranq kart haqqında danışdığıız zaman həmişə məhz bu sualı gözləyirik, belə ki, məhz bu suala cavab bizim başlıca və əsas üstünlüyümüz və fərqimizi bəyan edir. Nağd hesabatlar bu günədək aktualdır və bizim əsas güclü üstünlüyümüz – odur ki, Bumeranq Kart, nağdsız hesabatlarla yanaşı, həm də NAĞD hesabatların pullarının bir hissəsini geri ödəyir. Pullar virtual hesabda toplanır, hər ayın başlanğıcında isə biz onu istifadəçinin debet kartına çıxarırıq, bununla da ölkədə nağdsız hesabatları stimullaşdırırıq.

Həsən Rzayev: Klassik bank cashback-i üzrə əsas üstünlüklər təqdim olunan servis xidmətindən, yəni məhz növbəti verilən məqamlardan ibarətdir:
- cashback nağdsız hesabatlardan olduğu kimi, həm də NAĞD hesabatlardan hesaba alınır – onu da qeyd edim ki, bu bizim tərəfdaşlarımızın şəbəkəsində baş verir;

- Bank və ya hər hansı bu kimi sistemdən fərqli olaraq bizim Bumeranq Kart kartımız ödənişsiz təklif olunur – onun dəyəri 0 AZN-dir;

- kart açmaq üçün, bəzən növbədə gözlədiyi saatlarda işdə olan insanlar üçün çətinlik yaradaraq, banka gəlmək və saatlarla növbədə gözləməyə ehtiyac yoxdur;

- Sizin hər hansı bank komissiyası ödməyinizə ehtiyac yoxdur;

- Bumeranq Kart-ın etibarlılıq müddəti yoxdur;

- bankın kartı təqdim etməsi üçün bir həftə gözləməyə ehtiyac yoxdur;

- bundan sonra siz cashback-dən olan cüzi faizləri hesablamayacaqsınız.

- Bəs yuxarıda haqqında danışılanların hər birini əldə etmək üçün nə etmək lazımdır?

Həsən Rzayev: Bumeranq Kartdan istifadə etmək üçün lazım olan tək şey, tətbiqetməni yükləmək və qeydiyyatdan keçməkdən ibarətdir! Bizim məqsədimiz rahat və zövqlü servis xidmətinin yaradılması idi, lakin bizim heç birimiz UX və ya marketinq üzrə mütəxəssis deyildik. Proqram mütəxəssisinin belə yaradıcılıq qabiliyyətlərini işə salaraq kreativ tapşırıqlarla bağlı köməklik etdiyi hallar olurdu. Amma servis xidmətinin sərfəliliyini istifadəçilərə çatdırmaq çox çətin oldu – həmin vaxtda cashback modelinin Azərbaycanda hələ geniş şəkildə inkişaf etməməsi kimi, konsepsiya da ənənəvi deyildi.
 

 


- Aydındır ki, Bumeranq Kart əldə edən şəxs üstünlük qazanır, bəs nəticə olaraq sizin tərəfdaşlarınız nə qazanır? Bumeranq Kart tərəfdaşı olmaq üçün nə etmək lazımdır?

Həsən Rzayev: Bu gün üçün Bumeranq kart portfelində 150-dən artıq əməkdaş var, o cümlədən 30-a qədər tərəfdaş müqavilənin imzalanması prosesindədir. Həftə ərzində ortalama olaraq təxminən 3-5 yeni tərəfdaş bizə qoşulur. Bizim sıramıza qoşulmaq üçün heç bir birdəfəlik haqq və ya aylıq ödənişlər etmək lazım deyil, tərəfdaş bizim tərəfimizdən göndərilən müştəriyə görə ödəniş edir və onu bizim müəssisəmizi ziyarət etməsinə və bizim brendimizə qarşı sadiq münasibətinə görə mükafatlandırır – bizim tərəfdaşlarımızla olan münasibətlərimiz məhz bu istiqamətdə qurulur.

Hər bir layihə zamanı orada iştirak edən bütün tərəflərin maraqlarını nəzərə almaq vacibdir. Onlardan biri tərəfdaşlardır. Bu gün üçün Bumeranq Kart yerli bazarda hədəfə alınmış tələblərin böyük mənbəyinə çevrilməyə iddialıdır, axı bizim müştərilərimiz hər hansı məhsul və ya xidmət alış-verişi üçün mütəmadi olaraq sərfəli təkliflər araşdırır. Bizim öhdəmizə isə onları bu alış-verişi cashback ilə həyata keçirməyin mümkün olduğu tərəfə yönləndirmək düşür.

Şaiq Qəribzadə: Bu, bizim tərəfdaşlarımızın daxili aksiyalarını cashback-in artırılması ilə birgə reklam etməyimizlə bir az daha möhkəmlənir – onlar tez-tez gözlənilən endirimlər və komissiyanı artırmağa hazır olduqları barədə xəbər verirlər və bunun sayəsində bizim müştərilərimiz tərəfindən öz satışlarını əhəmiyyətli dərədəcə artıra bilərlər.

Həsən Rzayev: Bumeranq Kartı yaratmaqla, biz bütün sözügedən üstünlüklərlə yanaşı öz tərəfdaşlarımız üçün necə faydalı ola biləcəyimiz haqqında çox düşünürdük. Beləliklə, 2018-ci ilin sentyabr ayında biz CoBrand kartını işə saldıq. Bundan əvvəl bizim tərəfdaşlarımız öz mağaza və ya restoranında qanunilik (loyallıq) sisteminin qurulması üçün proqram təminatı kart möhürü almaq inzibatçını (tez-tez dəyişən) təlimləndirmək, aksiyalar təşkil etmək və onları düzgün istiqamətləndirmək məcburiyyətində idi. Bütün bunlara əlbəttə ki, iqtisadi baxımdan müəssisələrin 85%-i tərəfindən riayət olunmurdu.
 

 


- Bəs siz nəticədə bu problemin həll olunmasına necə nail ola bildiniz?

Həsən Rzayev: Bu problemin həll olunması və bizim tərəfdaşlarımıza daimi müştəriləri saxlanmasına görə kömək olmaq üçün biz, bizim sistemə giriş mümkünlüyü verdik və növbəti verilənləri tamamilə ödənişsiz təklif edirik:

- СoBrand cards – bizim və tərəfdaşımızın şirkət loqosu ilə əməkdaşlıq kartları;

- Sonsuz sayda kartın sifariş olunması;

- Business Intelligence üzrə giriş– hesablaşma və statistika üzrə ən ətraflı sistem;

- Lifetime value of a customer – burada biz müştərinin «həyat» dövrünü göstəririk;

- Geri əlaqə – bizim tərəfdaşımız öz müştəriləri ilə əlaqə saxlaya, onları doğum günü münasibətilə təbrik edə və ya onlar üçün hər hansı endirim təklif edə bilər.

Şaiq Qəribzadə: Qeyd edim ki, cashback-in mövcudluğu, həmçinin onun ölçüsü bizim istifadəçilərimiz üçün alqı-satqı məkanının seçimi üzrə həlledici amillərdən biri sayılır. Amma biz yalnız müştəri cəlb etmirik, o cümlədən biz onların mağaza brendinə qarşı sadiq münasibətini artırırıq. Hər hansı bir şəxs yüksək qiymətli məhsul alır və əlavə olaraq ödənilən cashback-dən müsbət emosiyalar əldə edir. Sizin şəxsən özünüzün Bumeranq Kart vasitəsilə bir bazarlıq etməniz kifayətdir ki, mənim nədən danışdığımı dərhal anlayasınız.

- Bumeranq Kart-ın əsas konsepsiyası və fəlsəfəsi nədən ibarətdir? Bu kartda əsas diqqət nəyə yetirilir?

Şaiq Qəribzadə: Bizim üçün ən əsas dəyər- insandır. Müştəri, tərəfdaş və ya əməkdaş olmasından asılı olmayaraq. Biz öz işimizi bu ideya əsasında qururuq. Əsas məqsədlərdən biri, üzərində işlərin mütəmadi olaraq aparıldığı – servis xidmətinin yaxşılaşdırılmasıdır. Biz istəyirik ki, Bumeranq Kart saat kimi işləsin, cashback cəld ödənsin, müştərilər isə Bakıda olan ən sərfəli aksiyalara keçid əldə etsinlər. Mağaza və tərəfdaşların sayı daimi olaraq artır, yeni xidmətlər əlavə olunur.

Həsən Rzayev: Yuxarıda qeyd etdiyimiz kimi iştirakçı olmaq və bizim xidmətlərimizdən dərhal istifadə etməyə başlamaq üçün bumeranqkart.az saytına daxil olmaq və ya eyni adlı mobil tətbiqi yükləmək və qeydiyyatdan keçmək kifayətdir. Biz bundan asan üsul düşünə bilmədik (gülümsəyir). Qeydiyyatdan sonra siz avtomatik olaraq, bizim tərəfdaşlarımızın şəbəkəsi üzrə dərhal istifadə etməyə başlaya biləcəyiniz virtual kart əldə edirsiniz, ilk əməliyyatdan sonra isə bizim operatorlarımız qeydiyyat üzrə göstərilən ünvana kuryer vasitəsilə kart göndərəcək. Siz kartı ödənişsiz olaraq əldə edəcəksiniz!
 

 


- Bumeranq Kart müştəriləri daha hansı üsulla stimullaşdırır?

Həsən Rzayev: Biz, istifadəçilərə servis xidmətindən istifadə etmə zamanı və hər bir reklam kampaniyası üzrə müsbət emosiyalar bəxş edərək məhsula qarşı candan yanaşdıq. Beləliklə, bizim sosial şəbəkə üzrə FacebookInstagram səhifələrimizdə keçirilən müsabiqələr vasitəsilə onları daima sevindirmək və bu üsulla bizim müştərilərimizi bizim tərəfdaşlarımız ilə tanış etmək ideyası yarandı. Biz insanlara yalnız cashback deyil, həm də öz pulları ilə vidalaşma zamanı müsbət emosiyalar, dəstək xidməti tərəfindən qayğı hissi və qazanılan mükafat və hədiyyələrdən sevinc hissi bəxş edirik.

Şaiq Qəribzadə: Əksər hallarda bizim aksiyalarımız insanlara yeni müəssisə və mağazalar tanıdır – bu, bir çoxları üçün onların bizim tərəfdaşlarımıza ilk səfəri olur. Biz, zamanla bizim tərəfdaşlarımız üçün daimi alıcılara çevrilən müştəri bazamızı artırırıq.
 

 


- Bumeranq Kart-ın gələcək planları nədir?

Şaiq Qəribzadə: Biz, bizim servis xidmətimizin keyfiyyəti və təkilləşdirilməsi üzərində mütəmadi olaraq çalışırıq. İlk növbədə, bu bizim üçün olduğu kimi həm də bizim istifadəçilərimiz üçün sərfəli olacaq. Nə qədər çox sifariş hazırlamağı və bizim müştərilər tərəfindən göndərilən çoxsaylı sualları cavablamağı çatdırsaq, bir o qədər tez zamanda genişlənə bilərik. Biz həm də Azərbaycanın digər şəhərlərinə də çıxış planlaşdırırıq.

Həsən Rzayev: Bu gün biz, mobil tətbiqetmənin aroundme, promocodes, və.s., kimi bir neçə rahat funksiyalar əlavə edəcəyimiz yeni dizaynı üzərində çalışır, həmçinin sosial şəbəkədə aktiv şəkildə qruplar inkişaf etdirir, öz bloqumuz üçün faydalı məzmun üzərində işləyirik. Düşünülmüş planlar və maraqlı ideyalarımız kifayət qədər çoxdur.

Şaiq Qəribzadə: Misal üçün, ecommerce şəbəkəsinin qoşulması müzakirə olunur – bu online işləyən mağazalardır, onlar mağazaları gəzməyi sevməyənlər və hər bir şeyi Şəbəkə üzərindən əldə edən şəxslər arasında çox məşhurdur. Bizim bütün planlarımızın həyata keçirilməsi üçün həmişə olduğu kimi əmək və məqsədyönlülük tələb olunur və bu sahədə bizim komandamızı heç kim əvəz edə bilməz, biz qarşımızda qoyduğumuz məqsədə müvəffəq olduğumuz zaman dərhal yeni məqsədə doğru irəliləyirik

- Bumeranq Kartın yarım illik fəaliyyəti haqqında ümumilikdə nə deyə bilərsiniz?

Həsən Rzayev: Layihənin mövcud olduğu cəmi altı ay ərzində biz artıq ən yaxşı tərəfdaşlar əldə edə və yüksək sürətlə müştəri qeydiyyatına nail ola bilmişik. Elə bu da bizim əməyimizin və təcrübəmizin nəticəsidir, buna görə də biz əminliklə yalnız və yalnız irəliyə doğru baxırıq.

- Siz dediniz ki, Bumeranq Kart Bakı ilə yanaşı, Azərbaycanın digər şəhərlərinə də çıxışı planlaşdırır, bəs xarici ölkələrə çıxış planlaşdırılır?

Şaiq Qəribzadə: Bu yaxınlarda biz Young Transatlantic Innovation Leaders Initiative (YTILI) Fellowship Amerika akseleratorunda finalçı olmuşuq və bu Azərbaycanda belə bir səviyyədə tanınmanı əldə edən ilk startup-dır. Avqust ayında biz Vaşinqtona təcrübə keçmək üçün yollanırıq. Bizim çıxışlarımız və layihə müdafiəmiz zamanı bizə baxılması üçün əməkdaşlıq haqqında 3 təklif gəlmişdir, amma biz bu kimi sorğuları hələki təxirə salırıq, belə ki, yolun hələ tam başlanğıcında yerləşirik, bizim görüləcək hələ çox işlərimiz var.

Həsən Rzayev: Başqa ölkələrə gəldikdə isə, əlbəttə ki, biz şirkəti bunu hesaba alaraq yaratmışıq ki, yaxın 2-3 il ərzində biz Azərbaycanın çərçivələrindən kənara çıxmaq barədə düşünə bilərik.

P.S. Bu da müsahibənin əvvəlində söz verdiyimiz sevindirici və ən əsası sərfəli sürpriz – növbəti keçidə giriş edəcək və qeydiyyatdan keçəcək hər kəs ayın sonunadək Bumeranq Kart-dan ikiqat cashback əldə edəcək! Elə indi qeydiyyatdan keç və qazanmağa başla!

Bizim saytımız vasitəsilə qeydiyyatdan keçəcək hər kəs üçün məqalənin dərc olunacağı gündən etibarən bir həftə müddətində, aprel ayı ərzində toplanan bütün cashback-lər iki dəfə artacaq.
OXŞAR XƏBƏRLƏR