Bütün ölkədə elektrik enerjisi kəsildi - səbəbi bilindi

SOSİAL
01:15 03.07.2018
21311

Bakı vaxtı ilə saat 00.25 radələrində Azərbaycan üzrə elektrik enerjisi kəsintisi yaşanıb.

Bunun səbəbi barədə hələlik heç bir rəsmi xəbər yayılmayıb. Lakin qeyri -rəsmi məlumatlarda vurğulanır ki, Mingəçevir SES-də böyük qəza baş verib - ötürücü transformatorlardan biri yanır. Musavat.com saytının müxbiri "Azərişıq” ASC-nin ictimaiyyətlə əlqələr şöbəsinin rəhbəri Tanrıverdi Musayevə zəng edib. Lakin o da hadisənin baş vermə səbəbi barədə məlumatlı olmayıb. ''İndicə baş verdi, səsəbi dəqiqləşdirib. mediaya açıqlama verəcəm''. Daha sonra onun telefonuna zəng çatmayıb.

Mingəçevir şəhər icra hakimiyyətindən isə açılqlama almaq mümkün olub. İHB rəsmisi musavat.com-a deyib ki, Mingəçevir SES bloklarından birində problem baş verib. Ona görə də bütün ölkəyə elektrik enerjisinin verilməsində problem yaranıb. Hazırda çalışmalar gedir, qəzanın nəticəsi aradan qaldırlacaq.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR