AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində bərpası davam edən Cəbrayılın Soltanlı kəndində tikinti işləri yekun mərhələyə yaxınlaşır. Horovlu və Şükürbəyli kəndlərindən sonra soltanlı rayon üzrə sakinlərin qayıdışına hazırlanan üçüncü yaşayış məntəqəsidir.
Soltanlı kəndinin təməli 2023-cü il noyabrın 24-də qoyulub. Araz çayının sahilində, horadiz-cəbrayıl-zəngilan-ağbənd magistral yolunun üzərində yerləşən kənd əlverişli coğrafi mövqeyi ilə seçilir. Kəndin yaxınlığından əhmədbəyli-horadiz-mincivan-ağbənd avtomobil yolu keçir. Həmçinin "araz vadisi iqtisadi zonası" sənaye parkına yaxınlıq buraya gələcək sakinlərin məşğulluğu üçün əlavə imkanlar yaradacaq.
Layihədə müasir mühəndis və enerji səmərəli həllərlə yanaşı, milli memarlıq üslubu və ənənəvi yaşayış elementləri də qorunur. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, ümumilikdə yaşayış evləri üzrə tikintinin təxminən 50 faizi icra olunub.











































