Aybəniz Haşımova Cabir İmanovun vəfatına görə konsertini təxirə saldı

Aybəniz Haşımova Cabir İmanovun vəfatına görə konsertini təxirə saldı
MƏDƏNİYYƏT
15:08 03.10.2025
357
"Cabir müəllimin vəfatı məni çox sarsıtdı. Onun yeddisi çıxmamış konsert verə bilmərəm".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Əməkdar artist Aybəniz Haşımova deyib.
 
O, 7 oktyabrda Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Evində təşkil olunan konsertinin təxirə düşdüyünü bildirib:
 
"7 oktyabrda Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Evində konsertimiz baş tutacaqdı. Üzülərək bildirmək istəyirəm ki, konserti təxirə salmaq qərarı almışam. Çünki Cabir İmanovun vəfatı məni çox sarsıtdı. Günlərdir çox pisəm və konsert verəcək gücü özümdə toplaya bilmirəm. Konsertin vaxtını dəyişmişik, inşallah dəqiqləşəndə sevənlərimə məlumat verəcəyəm.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR