Cavad Heyət vəfat etməyib

MƏDƏNİYYƏT
11:42 14.07.2014
1414
Məşhur azərbaycanlı cərrah, professor Cavad Heyət dünyasını dəyişməyib.AZXEBER.COM-un məlumatına görə, bu barədə APA-ya professorun qardaşı oğlu Nadir Heyət məlumat verib. O bildirib ki, əmisi dünyasını dəyişməyib və hazırda Mərkəzi Gömrük Hospitalında reanimasiya şöbəsinə yerləşdirilib: “Vəziyyəti olduğu kimi qalır. Hələ ki, heç bir dəyişiklik yoxdur”.

Qeyd edək ki, C. Heyət Tehrandan Bakıya ötən ayın sonlarında gəlib və burda səhhəti pisləşib. Məşhur azərbaycanlı cərrahın ötən gün ölüm xəbəri də yayılıb. Ötən həftə Bakıda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən C. Heyətin vəziyyəti ağırlaşdığından o, Mərkəzi Gömrük Hospitalına köçürülüb.

OXŞAR XƏBƏRLƏR