Gəlinlər niyə TikTok-da oturur? Belə başa düşürəm ki, işi-gücü olmayanlardır".
AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, verilişə gələn və xanımının TikTok-da oturduğundan şikayətlənən bir kişiyə dəstək olub.
Elgiz bildirib ki, qadınların sözügedən sosial şəbəkədə oturmasına qarşıdır:
"Hərdən yaxşı paylaşımlar olur. Cavan gəlinlərin TikTok-da nə azarı var, başa düşə bilmirəm. Evli, həyat yoldaşı olan qadın, sənin nə işin var orda?".