Cəlilabadda avtomobil qəzası: Hamilə qadın xəsarət aldı

Cəlilabadda avtomobil qəzası: Hamilə qadın xəsarət aldı
SOSİAL
14:08 13.03.2021
469
Cəlilabad rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report”un məlumatına görə, hadisə Mişarçay körpüsü yaxınlığında qeydə alınıb.

Nəticədə Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hamilə olduğu və vəziyyətinin ağır qiymətləndirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR