ChatGPT qaydalarını dəyişdi: ABŞ ordusu ondan istifadə edə bilər

MARAQLI
12:25 25.01.2024
181
ChatGPT istehsalçısı OpenAI ABŞ ordusunun öz texnologiyalarından istifadə etməsinə icazə vermək üçün qaydaları dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ChatGPT-nin istehsalçısı olan OpenAI öz qaydalarını dəyişib və süni intellekt alətlərinin hərbi məqsədlər üçün istifadəsinə qoyulmuş qadağanı ləğv edib. 

OpenAI sözçüsü 100 milyard dollar dəyərində pul toplamaq üçün danışıqlar aparan şirkətin Müdafiə Departamenti ilə kibertəhlükəsizlik alətləri üzərində işlədiyini söyləyib.

2018-ci ildə minlərlə "Google” işçisi Pentaqonun şirkətin süni intellekt alətlərinin pilotsuz təyyarələrin müşahidə görüntülərini təhlil etmək üçün istifadə edilməsini tələb edən müqaviləsinə etiraz edib.

Microsoft işçiləri əsgərlərə əlavə reallıq qulaqlıqları təqdim etmək üçün 480 milyon dollarlıq müqaviləyə reaksiya veriblər.

Gülay

OXŞAR XƏBƏRLƏR