"ChatGPT"nin yeni versiyası üçün hazırlıqlara başlanıldı

"ChatGPT"nin yeni versiyası üçün hazırlıqlara başlanıldı
MARAQLI
11:14 30.05.2024
241
ABŞ-də yerləşən "OpenAI" şirkəti GPT-4o sistemini əvəz edəcək yeni süni intellekt modelinin hazırlanması üçün təhlükəsizlik komitəsi yaratdığını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, "OpenAI" tərəfindən hazırlanmış "ChatGPT" demək olar ki, hər şeyi bilən şəxsi müəllim kimi bir çox suallara təbii cavab verə bilər.

"ChatGPT" süni intellektli söhbət köməkçisini inkişaf etdirən "OpenAI" şirkəti səs, şəkil və mətn üzərində real vaxt məntiqini yerinə yetirə bilən yeni "GPT-4o" modelini təqdim edib.

Şirkətin saytında verilən açıqlamaya görə, may ayında təqdim edilən GPT-4o sisteminin üst modelinin yaradılması üzrə işlərə başlanılıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR