1976-cı ildə Ermənistanın Masis rayonunda anadan olan Rühanə Şükürova Sumqayıt şəhəri Hacı Zeynalabidin Tağıyev qəsəbəsində böyüyüb və yaşayıb.
Rühanə məktəb illərindən qadın bərbərliyinə maraq göstərdiyindən bu sənətə yiyələnib.
Öz sahəsində adla tanınan Rühanə qəsəbədə gözəllik salonunda işləyib.O, yaşadığı evin yaxınlığında qonşuluqda olan 70 yaşlı Şəfiqə İbrahimova ilə tanış olub. Şəfiqə xanım Rühanədən həftədə iki dəfə gəlib evdə ona xidmət göstərməsini xahiş edib. Rühanə də razılaşıb.Rühanə Şəfiqə xanımla sonradan rəfiqəyə çevrilib. Şəfiqə nənə Rühanəyə övladlarından da çox etibar edib.Şəfiqə Rusiyaya gedəndə 2000 dollar pulunu da saxlamağa övladlarına deyil Rühanəyə verib.İbrahimova Rusiyadan qayıdanda Rühanədən saxlamağa verdiyi pulları geri istəyib. Həmin vaxta da artıq pullar Rühanədə olmayıb. Bundan sonra bərbərlə müştəri arasında münasibətlər pozulub. Lakin Şəfiqə xanım gözəlliyini yenə Rühanəyə etibar edib. Öz pulunu da ustasından istəyib.Pulu mənimsəyən Rühanənin onu qaytarmaq fikri olmayıb. Pulu qaytarmamaq üçün Şükürova müştərisini qətlə yetirmək qərarına gəlib.İbrahimovanın evinə onun saçını rəngləmək və üzündəki tükləri almaq üçün gələn Rühanə arxadan qadına yaxınlaşaraq mətbəx bıçağı ilə ona zərbələr endirməyə başlayıb. Qadın yerə yıxılandan sonra saçından tutaraq başını kəsib.Törətdiyi cinayətin izini itirmək məqsədi ilə evi yandırıb.Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən Rühanə Şükürova saxlanılaraq istintaqa təhvil verilib.Aparılan istintaqın yekununda Şükürovanın əməli Cinayət Məcəlləsinin xüsusi amansızlıqla tamah məqsədi ilə qəsdən adam və əmlakı məhv etmə maddələri qiymətləndirilib.Rühanə Şükürovanın əməlinə hüquqi qiymət veriləndən sonra cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə ifadə verən Rühanə qətl hadisənin onun tərəfindən törədilməsini etiraf edib. Təqsirləndirilən xanım bildirib ki, o, pulu mənimsəməyib.“Şəfiqə xanım 2 min dolları mənə saxlamağa verdi, məndə alıb plaşımın cibinə qoydum. Evimə çatanda həmin pulların cibimdə olmadığını gördüm. İbrahimova Rusiyadan qayıdandan sonra pulunu tələb etdi. Mən vaxt istəsəm də o gün verib işıq verməyib ki, pulumu tez qaytar”.Bu yerdə hakimlər “2000 manata görə adam öldürərlər?” deyə soruşublar. Rühanə isə cavabında “mən onu pula görə öldürməmişəm” cavabını verib. Rühanənin bu sözlərindən sonra onun məhkəmə zalında oturan kişi qohumları çölə çıxıb.Onlar zaldan çıxandan sonra Rühanə bildirib ki, 70 yaşlı qadın müştərisi ona əxlaqsız təklif edərək yaxınlıq etmək istədiyini bildirib. Bu təklifdən sonra da o, özünü təhqir edilmiş hesab edərək onu qətlə yetirib. Bütün tərəflər dinlənildikdən sonra məhkəmə hökmü elan edilib.Rühanə Şükürova 14 il müddətinə azadlıqdan məhrum edilib.
AZXEBER.COM