Alimləri şoka salan hadisə baş verib.
AZXEBER.COM xəbər verir ki, "Frontiers in Pediatrics"də dərc olunan araşdırma elm və tibb dünyasını şoka salıb.
Taylandda yüksək hərarət və öskürək əlamətləri olan körpəyə Taylandın Səhiyyə Nazirliyi tərəfindən "favipiravir” adlı dərman verilib. Nazirlik tərəfindən koronovirusun müalicəsi kimi təqdim edilən dərmanı qəbul edən uşağın valideynləri və həkimləri ertəsi gün təəccübləniblər.
Belə ki, balaca uşağın qəhvəyi gözü açıq mavi rəngə çevrilib. Vəziyyəti görən anası dərhal xəstəxanaya gedib və müalicəsinin bitməsini istəyib. Həkimlər körpəni müayinə edərkən dərman müalicəsi dayandırılıb.
Dərman müalicəsi dayandırıldıqdan sonra 5 gün ərzində uşağın gözünün rəngi normallaşıb.
Alimlər favipiravir adlı dərmanın gözə necə təsir etdiyini açıqlayıblar. Alimlər, "Gözün işığı udmaq təsiri dərman sayəsində artmış ola bilər", - deyə bildiriblər.
Ayşən