Dövlət Bayrağı meydanında yeni qəza

MARAQLI
10:10 24.03.2011
2010

 Hadisənin şahidi olan əməkdaşımız yol keçərkən bayraqda yaranan deformasiyanı saat 10-da müşahidə edib. O zaman bayraqda yoldan seziləcək qədər deşik olub. O, saat 14-də yenidən həmin yerdən keçəndə bayrağın artıq cırıq-cırıq olduğunun və yavaş-yavaş endirildiyinin şahidi olub. Bayraq yarıya qədər endirilən zaman güclü külək dalğası onu tamamilə parçalayıb. Parçanın cırılmasının səsi o qədər güclü olub ki, avtobusda yol gedənlərin hamısı səs gələn tərəfə dönüb. Polislər yolu kəsiblər. Əlaqədar strukturlar bayrağın qalıqlarını tamamilə endiriblər.

Qeyd edək ki, bu, Dövlət Bayrağı Meydanında baş verən üçüncü olaydır. Bundan əvvəl bir dəfə bayraq cırılmış və yenisi ilə əvəzlənmiş, bir dəfə isə qüllə şiddətli şəkildə titrəmişdi və ərazidə yaşayan insanlar evakuasiya olunmuşdu.

mənbə: Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR