Dünyanı hansı fəlakətlər gözləyir?

MARAQLI
11:39 22.02.2011
1914

 

Ekspertlər bu dövrdə iqlim dəyişiklikləri üzündən məhsul yığımı həcminin ciddi şəkildə azalacağını, insanların özlərinə yeni yaşayış yeri axtaracağını proqnozlaşdırır.
Kaliforniya Universitetinin professoru Kristina Tirado bildirir ki, məhz iqlim dəyişikliyi dünyanın ərzaq təhlükəsizliyinə ciddi zərbə vuracaq.
Proqnoz müəllifləri artıq indidən Cənubi Avropa ölkələrinin Afrika dövlətlərindən ciddi miqrant axını ilə üzləşdiyini xatırladır. İtaliya hökuməti isə artıq Avropa Birliyinin bu axına qarşı tədbir görməsini vacib sayır. Misir, Tunis və Liviyadakı son qanlı hadisələrdən sonra miqrant axınının daha da gücləndiyi bildirilir.

«İqlim dəyişikliklərilə bağlı yaranacaq gərginlik böhranları artıracaq, sabitlik pozulacaq, bir sıra ölkələrdə hakimiyyət devriləcək, miqrantların axını daha kütləvi xarakter alacaq», - deyə tədqiqat müəllifləri bildirir.

//milli.az

OXŞAR XƏBƏRLƏR