Dünyanın sevimlisi Knut niyə öldü?

MARAQLI
20:16 21.03.2011
2178

4 yaşlı Knut həftə sonu qəflətən Berlin zooparkında ona baxmağa gələnlərin qarşısında ölüb.

O, yerində bir neçə dəfə fırlanıb, sonra yıxılıb və qəfəsindəki suya düşüb.

2006-cı ildə doğulandan bəri Knut media fenomenə çevrilmişdi.

Berlindən müxbirimiz Stephen Evans xəbər verir ki, Knut Berlin zooparkında doğulanda anası - Şərqi Almaniyadan olan sirk ayısı onu qəbul etməkdən imtina etmişdi.

Daha sonra isə onu zoopark işçisi böyütdü. O, Knutun yanında yatırdı.

Knut ilk ay yarımını inkubatorda yaşadı, sonra isə onun dünyaya təqdim olunması mərasimi keçirildi və bu mərasimə 400 jurnalist gəlmişdi.

Sonra Knut özünün şirinliyi və fotegenikliyilə bütün dünyada məşhur fenomenə çevrildi.

Knutmania Berlin zoopakına çoxlu ziyarətçilər topladı. Onun haqqında kitablar yazıldı, DVD-lər buraxıldı.

Ayının ev heyvanı kimi böyüdülməsindən qəzəblənənlər də oldu.

Amma bütün bunlar keçmişdə qaldı, çünki artıq Knut ölüb.

Ağ ayılar 20 yaşadək yaşadığı halda onun nədən 4 yaşında öldüyünü araşdırmaq üçün tibbi ekspertiza aparılır

 

OXŞAR XƏBƏRLƏR