Avropada Rusiyadan təbii qaz alan daha 10 şirkət rublla ödənişə razı olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avropada Rusiyadan təbii qaz tədarük edən daha 10 şirkət Moskvanın enerji ödənişlərini rus valyutası ilə həyata keçirmək tələbinə əməl edərək rubl hesabı açıb. Beləliklə, təbii qaz ödənişlərini rublla edən şirkətlərin sayı iki dəfə artıb.
Məlumata görə, ümumilikdə 20 Avropa şirkətinin rubl hesabı açdığı, daha 14 müştərinin hesab açmaq üçün lazımi sənədləri tələb etdiyi bildirilib.
Qeyd edək ki, mart ayında Rusiya lideri Vladimir Putin xaricdə Rusiya təbii qazından istifadə edən bütün istehlakçıların rublla ödəniş etmək imkanının olması lazım olduğunu bildirərək, onların yalnız rəqib ölkələrdən qaza görə ödənişi rublla qəbul edəcəklərini vurğulamışdı.
Qeyd edək ki, Rusiyanın enerji şirkəti "Qazprom” Bolqarıstan və Polşaya təbii qaz nəqlini rublla ödəniş sisteminə əməl etmədikləri üçün tamamilə dayandırdığını açıqlayıb.
Ayşən