Daha bir əcnəbi gəlin Türkiyə vətəndaşı olacaq - FOTOLAR
MAQAZİN
11:23 24.11.2012
2299
Mustafa Sandalın serbiyalı həyat yoldaşı Emina Sandal (Jahovic) axır ki, Türkiyə vətəndaşı olacaq.4 il öncə müğənni Mustafa Sandalla ailə quran Emina 1 ay sonra Türkiyə vətəndaşı olacağını söyləyib.Serbiyalı müğənni onu da əlavə edib ki, əgər növbəti il ona “Eurovision” ilə bağlı təklif gələrsə bu təklifi qəbul edəcək: “Türkiyəni “Eurovision”da təmsil etmək mənim üçün böyük qürurdur. Amma mahnı söyləməkdənsə bəstəmi verməyi üstün tuturam. Və əgər mahnının ingilis dilində olmağını istəsələr, daha yaxşı iş ortaya çıxararam”.