Sinqapurun Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi xəstəliyinə yoluxma faktını təsdiqləyib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, qurum virusun ölkəyə xaricdən gətirildiyini bəyan edib.
Məlumata görə, xəstəliyin daşıyıcısı bələdçi işləyən 42 yaşlı britaniyalı kişidir. O, hazırda Milli Yoluxucu Xəstəliklər Mərkəzindədir və vəziyyəti sabitdir.