Daimi dırnaq boyasındakı gizli təhlükə

SAĞLAMLIQ
15:23 17.11.2023
341

Daimi dırnaq boyası gün keçdikcə populyarlaşan kosmetik tətbiqlərdən biridir.

 Tez quruması, həftələrlə qalması, dırnaqların qırılmasının qarşısını alması və əllərin baxımlı görünməsi üçün bütün inkişaf etmiş ölkələrdə üstünlük verilən dırnaq baxım üsuludur. 

AZXEBER.COM xəbər verir ki, daimi dırnaq boyasının qurudulması zamanı istifadə olunan ultrabənövşəyi lampanın təhlükələri araşdırılıb. Araşdırmaların nəticlərinə görə qalıcı dırnaq boyası çəkən insanlar uzun müddət hüceyrə zədələnməsinə məruz qalır, bu da qocalma prosesini sürətləndirir.

Boyanın düzgün tətbiq edilməsini və düzgün çıxarılmasını təmin etmək vacibdir. Əks halda dırnaqlar xarab ola və dırnaq mayası zədələnə bilər. Daimi dırnaq boyası uzun müddət dırnaq səthində qaldığı üçün dırnaqları zəiflədir. Dırnaqların düzgün hazırlanması,tez-tez yenilənməyə ara vermək mümkün zərərləri nisbətən azalda bilər. Sağlam dırnaq baxımı və qısa istifadə intervalları dırnaq zədəsini minimuma endirməyə kömək edəcək vasitələrdir.

Onun rəngləndirici maddələrdən ibarət olan tərkibi kontakt dermatit və ya bir çox allergik reaksiyalara səbəb ola bilər.



Aysel 


 


OXŞAR XƏBƏRLƏR