"Dalğa"nın sədri saxlanıldı və buraxıldı

MARAQLI
09:46 09.04.2011
2002
 Bu haqda məlumatı "Dalğa"nın fəalı, jurnalist Pərviz Əzimov məlumat verib. Onun "Facebook"səhifəsində yazdığına görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı Nəbiyevin yaşadığı evə gələrək, onu polis idarəsinə aparıblar. Hərəkat sədrinin hansı səbəbdən saxlanılması barədə polis ona heç bir məlumat verməyib. Məsələ ilə əlaqədar olaraq Dalğa Gənclər Hərəkatının bir sıra üzvləri toplantı keçiriblər. Hərəkat üzvləri Nəsimi Rayon Polis İdarəsinə zəng edərək O. Nəbiyevin hansı səbəbdən saxlanılmasını dəqiqləşdirməyə çalışıblar, lakin Nəsimi RPİ-dən onlara heç bir məlumat verilməyib. Hazırda O. Nəbiyevin harada saxlanılması barədə heç bir məlumat yoxdur.

Bu dəqiqələrdə AZXEBER.COM-a verilən məlumata görə, Orxan Nəbiyev artıq azadlığa buraxılıb. 


OXŞAR XƏBƏRLƏR