Danimarkada hava limanında həyəcanlı anlar: Sürücü əvvəlcə hasara çırpıldı, sonra...

DÜNYA
12:55 19.02.2025
165
Danımarkanın paytaxtı Kopenhagendə hava limanında baş verən hadisə görənləri heyrətə gətirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bir nəfər "Jeep" markalı avtomobillə hava limanına daxil olub.
 
Kişi maşını ilə hasara çırpılıb, daha sonra trasa dəyib.
 
Şübhəli şəxs uçuş-enmə zolağına daxil olduqdan sonra hava limanı və hava məkanı bağlanıb və həyəcan siqnalı verilib.
 
Polis və təhlükəsizlik işçiləri qaçan şübhəlinin axtarışına başlayıb. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR