Daşkəsən sakini qumun altında qalaraq öldü

Daşkəsən sakini qumun altında qalaraq öldü
HADİSƏ
22:19 18.06.2025
320
Daşkəsən sakini ehtiyatsızlıqdan ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini 1963-cü il təvəllüdlü E.Əhmədov özünə məxsus yük maşınında qum boşaldan zaman ehtiyatsızlıqdan qumun altında qalıb. Nəticədə 63 yaşlı kişi hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR